...

Qobu qəsəbə sakinini odlu silahla qətlə yetirən şəxs tutulub

Hadisə Materials 12 Mart 2012 18:29 (UTC +04:00)
Martın 9-dan 10-na keçən gecə saat 01:00 radələrində Abşeron rayonunun Qobu qəsəbə sakini Dadaş Dadaşovu yaşadığı evin həyətində odlu silahla qətlə yetirən şəxs tutulub.
Qobu qəsəbə sakinini odlu silahla qətlə yetirən şəxs tutulub

Azərbaycan, Bakı, 12 mart /Trend/

Martın 9-dan 10-na keçən gecə saat 01:00 radələrində Abşeron rayonunun Qobu qəsəbə sakini Dadaş Dadaşovu yaşadığı evin həyətində odlu silahla qətlə yetirən şəxs tutulub. Trend-in məlumatına görə, bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mərbuat xidmətlərinin birgə yaydığı məlumatda deyilir.

Prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət yaradılmış istintaq-əməliyyat qrupu hadisə yerinə baxış keçirib və orada "Makarov" tipli tapancaya aid 8 ədəd giliz aşkar edib.

Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Abşeron rayon prokurorluğu və polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlərlə martın 10-da cinayəti törətməkdə şübhəli bilinən Qobu qəsəbə sakini Nazim Muxtarov tutulub. Cinayətin aləti olan "Makarov" tapançası isə Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki daş karxanalarından birinin ərazisində aşkar edilib götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti