...

Bakıda mənzildən 74 yaşlı kişinin meyiti tapılıb

Hadisə Materials 14 Mart 2012 11:59 (UTC +04:00)
Bakıda mənzildən 74 yaşlı kişinin meyiti tapılıb.
Bakıda mənzildən 74 yaşlı kişinin meyiti tapılıb

Azərbaycan, Bakı, 14 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda mənzildən 74 yaşlı kişinin meyiti tapılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" "qaynar xətt"inə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda mənzildə bağlı qapı arxasında 1938-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək 4-cü mərtəbədəki mənzilə pəncərədən daxil olublar. Mənzilə baxış keçirilərkən Aydın Əsəd oğlu Babayev hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində Babayevin vəfat etdiyi müəyyən olunmuşdur. Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti