...

Son bir sutkada Azərbaycanda "yol terroru"nda 6 nəfər ölüb, 7 nəfər isə yaralanıb

Hadisə Materials 16 Mart 2012 11:03 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, Bakının Nizami rayonu ərazisində dəhşətli yol qəzası olub. Bu gün səhər 04:00 radələrində Babək prospektində "Porsche-Panamera" markalı minik maşını "MAZ" markalı yük maşını ilə toqquşub.
Son bir sutkada Azərbaycanda "yol terroru"nda 6 nəfər ölüb, 7 nəfər isə yaralanıb

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir K.Zərbalıyeva/

Son bir sutkada Azərbaycanda baş verən yol qəzalarında 6 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, Bakının Nizami rayonu ərazisində dəhşətli yol qəzası olub. Bu gün səhər 04:00 radələrində Babək prospektində "Porsche-Panamera" markalı minik maşını "MAZ" markalı yük maşını ilə toqquşub.

Qəza zamanı partlayış olub və "Porsche"də olan sürücü və sərnişin yanaraq kül olublar.

Məlumata görə, dünən Qax rayonunda baş verən yol qəzasında isə 2 nəfər ölüb, biri yaralanıb.

Martın 15-də, həmçinin Qaradağ və Binəqədi rayonlarının hər birində piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

Abşeron rayonu ərazisində Mehdiabad-Pirşağa yolunda "VAZ 2106" və "VAZ 2107" markalı ovtomobillərin toqquşması nəticəsində isə 6 nəfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti