...

Bakıda keçmiş məhkum silah satarkən tutulub

Hadisə Materials 17 Mart 2012 12:19 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanıb.
Bakıda keçmiş məhkum silah satarkən tutulub

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda keçmiş məhkum silah satarkən tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binəqədi qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Rəsul Bayramov 1 ədəd "Parabellum" tipli tapançanı 500 manata satarkən tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti