Azərbaycan, Bakı, 22 mart /Trend/
Azərbaycanda ötən gün 5 nəfər qidadan və dəm qazından zəhərlənib.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, martın 21-də Sumqayıt şəhər sakinləri Aytən Mirzəyeva, İlham Məmmədov, Gəncə şəhər sakini Hakim Əmrahov və Ağdam rayon sakini Eldəniz Əhmədov və qonağı Şamxal İbrahimov qidadan və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.
Martın 20-də isə Yasamal rayonu ərazisində yaşayan Şahin Cəfərov evində dəm qazından boğularaq ölmüşdü.