...

Bakı sakini odlu silahla vurulub

Hadisə Materials 31 Mart 2012 11:07 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, martın 18-də Bakı şəhər sakini Ruslan Zeynalov bud nahiyəsinin kəsilmiş xəsarəti ilə Kliniki Tibbi Mərkəzə müraciət edib.
Bakı sakini odlu silahla vurulub

Azərbaycan, Bakı, 31 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakı sakini odlu silahla vurulub.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, martın 18-də Bakı şəhər sakini Ruslan Zeynalov bud nahiyəsinin kəsilmiş xəsarəti ilə Kliniki Tibbi Mərkəzə müraciət edib.

O, izahatında xəsarəti yıxılma nəticəsində aldığını bildirib.

Araşdırma zamanı Zeynalovun xəsarəti odlu silahdan açılmış atəş nəticəsində alması müəyyən edilib.

Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Məhərrəm Əliyev tutulub və ondan "Makarov" markalı tapança aşkar edilib.

Xəbər lenti

Xəbər lenti