...

Lənkəranda ağır yol qəzası: 3 nəfər xəsarət alıb

Hadisə Materials 3 Aprel 2012 09:21 (UTC +04:00)
Aprelin 2-dən 3-nə keçən gecə saat 01:00 radələrində "Mercedes" markalı avtomobil maneəyə çırpılıb.
Lənkəranda ağır yol qəzası: 3 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 3 aprel / Trend müxbir K.Zərbalıyeva/

Lənkəranda ağır yol qəzası olub.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Lənkəranda aprelin 2-dən 3-nə keçən gecə saat 01:00 radələrində "Mercedes" markalı avtomobil maneəyə çırpılıb.

Qəza zamanı avtomobildə olan 3 nəfər ağır bədən xəsarətləri alıb.

Faktla bağlı Lənkəran şəhər polis şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti