...

Yevlaxda mal-qara oğrusu tutulub

Hadisə Materials 14 Aprel 2012 13:45 (UTC +04:00)
Yevlaxda mal-qara oğrusu tutulub.
Yevlaxda mal-qara oğrusu tutulub

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İ.İsabalayeva/

Yevlaxda mal-qara oğrusu tutulub.

Trend-in şənbə günü Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, DİN-in Baş Cinayət-Axtarış İdarəsi, Bərdə və Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonu Aran qəsəbəsinin otlaq sahəsindən Rauf Abbasova məxsus 29 baş camışı oğurlamaqda şübhəli bilinən Kəlbəcər rayon sakini Allahverdi Əlişov tutulub.

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Murad Ələsgərov, Səfalı Rüstəmov və Ricat Ələsgərov tutulublar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-nə keçən gecə Z.Tağıyev adına NQÇİ-nin 4 saylı emalatxanasından işlək vəziyyətdə olan 200 metr elektrik kabelini kəsərək oğurlamış hər 3 şəxs tutulub.

Xəbər lenti

Xəbər lenti