Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir T.Cəfərov/
Bu gün İranın Qərbi Azərbaycan əyalətinin Türkiyə ilə sərhəddə yerləşən Sərv şəhəri yaxınlığında 3,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İranın İRNA agentliyinə istinadən xəbər verir.
Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 03:58-də baş verdiyini bildirib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
İranın Türkiyə ilə sərhədində zəlzələ baş verib
Bu gün İranın Qərbi Azərbaycan əyalətinin Türkiyə ilə sərhəddə yerləşən Sərv şəhəri yaxınlığında 3,7 bal gücündə zəlzələ baş verib.
