...

İranın Dehloran şəhərində yenidən zəlzələ baş verib

Hadisə Materials 28 Aprel 2012 09:37 (UTC +04:00)
Bu gün İranın İlam əyalətinin Dehloran şəhəri yaxınlığında 3,9 bal gücündə zəlzələ baş verib.
İranın Dehloran şəhərində yenidən zəlzələ baş verib

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir T.Cəfərov/

Bu gün İranın İlam əyalətinin Dehloran şəhəri yaxınlığında 3,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat verir.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəzi zəlzələnin yerli vaxtla saat 05:04-də baş verdiyini bildirib.

Son iki həftə ərzində İran və İraq sərhədində yerləşən İlam əyalətinin Dehloran şəhəri yaxınlığında çox sayda zəlzələlər baş verib.

Qeydə alınan zəlzələlər 3,9 - 4,9 və 4,4 bal gücündə qeydə alınıb.

Zəlzələlər nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur

Xəbər lenti

Xəbər lenti