Azərbaycan, Bakı, 2 may /Trend, müxbir T.Cəfərov/
Tehran bazarında güclü yanğın baş verib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər verir.
Məlumata əsasən, yanğın bazarın sürtgü yağı anbarlarında başlayıb. Hazırda Tehranın bir neçə yanğınsöndürmə briqadası yanğını söndürməyə çalışır.
Hadisə zamanı xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Tehran bazarında yanğın baş verib
Tehran bazarında güclü yanğın baş verib.
