Azərbaycan, Bakı, 2 may /Trend, müxbir K.Zərbalıyeva/
Bakı şəhəri Yasamal rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb.
Yasamal rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata görə, mərkəzə 8 nəfər gətirilib, onlar ambulator müayinədən sonra evə buraxılacaqlar.