Azərbaycan, Bakı, 4 may / Trend müxbir K.Zərbalıyeva/
Bakıda yaşayış evində partlayış olub, xəsarət alan var.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan ikiotaqlı evdə partlayış baş verib.
Hadisə nəticəsində evdə olan 1 nəfər xəsarət alıb.
Yaralı xəstəxanaya aparılıb. Yanğın hadisəsi və dağıntı olmayıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.