...

Bakıda iki avtomobil toqquşub, yaralı var

Hadisə Materials 5 May 2012 17:28 (UTC +04:00)
Bakı şəhəri, Xətai rayonunda "VAZ" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.
Bakıda iki avtomobil toqquşub, yaralı var

Azərbaycan, Bakı, 5 may /Trend/

Bakı şəhəri, Xətai rayonunda "VAZ" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nəticədə hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, "Mercedes" markalı minik avtomobilinin sərnişini xəsarət alaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqları vasitəsilə yaralını avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib, habelə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Xəbər lenti

Xəbər lenti