...

Zaqatalada növbəti dəfə zəlzələ baş verib

Hadisə Materials 7 May 2012 19:55 (UTC +04:00)
Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 19:15-də, Zaqatala rayonundan 14 km cənubi-şərqdə zəlzələ qeydə alınıb.
Zaqatalada növbəti dəfə zəlzələ baş verib

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir K.Zərbalıyeva/

Zaqatalada növbəti dəfə zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 19:15-də, Zaqatala rayonundan 14 km cənubi-şərqdə zəlzələ qeydə alınıb.

Bu, artıq gün ərzində Zaqatala rayonunda qeydə alınmış yeddinci zəlzəzədir.

Zəlzələ Zaqatalada 5, Qax, Oğuz və Şəki rayonlarında 2-3 bal gücündə hiss olunub.

İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.

Qeyd edək ki, bu gün səhər saat 09:40 radələrində də Zaqatalada 7 bal gücündə zəlzələ qeydə alınıb. Rayonun kəndlərində dağıntı qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti