...

Bu gün Zaqatalada növbəti dəfə zəlzələ olub

Hadisə Materials 10 May 2012 09:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may / Trend müxbir K.Zərbalıyeva/

Bu gün səhər saatlarında Zaqatalada növbəti dəfə zəlzələ olub.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 06:34-də Zaqatala rayon mərkəzindən 13 km cənuba episentrdə 4 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ Zaqatalada 3,5 bal, episentrə yaxın yaşayış məntəqələrində 2-2,5 bal gücündə hiss olunub. İnsan təlafatı və dağıntılar yoxdur.

Qeyd edək ki, mayın 7-də səhər saatlarında Zaqatalada 7 bal gücündə zəlzələ qeydə alınmışdı. Həmin gün Zaqatalada daha 8 zəlzələ baş vermişdi.

Xəbər lenti

Xəbər lenti