...

Dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub

Hadisə Materials 15 May 2012 12:08 (UTC +04:00)
Dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub.
Dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub

Azərbaycan, Bakı, 15 may / Trend müxbir K.Zərbalıyeva/

Dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda katamaranda dənizə çıxmış 2 nəfər (xilasetmə məntəqəsindən 1400 m məsafədə, 600 m dənizin içərisinə doğru) batma təhlükəsi ilə üzləşib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Həmin şəxslər dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil veriliblər.

Xəbər lenti

Xəbər lenti