Azərbaycan, Bakı, 20 may /Trend/
Fövqəladə Hallar Nazirliyi Şəmkir rayonunda altı nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bazar günü rəsmi məlumat yayıb.
Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Şəmkir rayonu, Şəmkir - Gəncə yolunun 20-ci kilometrliyində vətəndaşa məxsus "PAZ" markalı sərnişin avtobusu idarəetməni itirərək yol qəzası törətmişdir.
Nəticədə avtobusun sürücüsü və avtobusda olan 5 nəfər sərnişin aldıqları bədən xəsarətlərindən hadisə yerində həlak olmuş və avtobusun içərisində aparılan 2 iribuynuzlu inək tələf olmuşdur.
Xilasedicilər tərəfindən meyidlər müxtəlif alətlərlə çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Hadisə yerində müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 07:50-də başa çatmışdır.
FHN Azərbaycanda altı nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı rəsmi məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi Şəmkir rayonunda altı nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bazar günü rəsmi məlumat yayıb.
