Azərbaycan, Bakı, 30 may /Trend/
Kütləvi dava nəticəsində Soçidə 140-dan artıq erməni saxlanılıb. Trend-in məlumatına görə, bu barədə "Novosti-Armeniya" agentliyinə "Sevan" Soçi Erməni İcmasının sədri Qraç Makeyan xəbər verib.
Mayın 25-dən 26-na keçən gecə polis Soçi erməniləri ilə Olimpiya obyektlərində çalışan çeçenlər arasında kütləvi davanın qarşısını alıb.
Onun sözlərinə görə, polislə baş verən toqquşma nəticəsində hakimiyyətə tabe olmadıqlarına görə 142 nəfər saxlanılıb.
Makeyan qeyd edib ki, artıq onların hamısı buraxılıb və yalnıız bir nəfər beş sutkalıq həbs edilib.
İcmanın sədri baş verənlərin səbəbini belə izah edib ki, onlar "sadəcə olaraq şəhərin küçələrində və mağazalarında gəlmə inşaat fəhlələrinin pis rəftarından beziblər".
"Onlar (gəlmə inşaatçılar) özlərini düzgün aparmırlar, mən bununla razıyam, lakin özbaşına cəzalandırmaya heç kim icazə vermir. Qanun var. Biz Rusiyada yaşayırıq və Rusiya qanunlarına tabe olmalıyıq. Lakin bunu hamı başa düşmür", - o qeyd edib.