Azərbaycan, Bakı, 30 may / Trend müxbir K.Zərbalıyeva/
Bakıda avtomobildən 12 min manat oğurlanıb.
Nizami rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, ötən gecə rayonun Çobanzadə küçəsində Bakı şəhər sakini Mədinə Babayevaya məxsus "Range Rover" markalı maşından şüşəni sındırmaq yolu ilə 12 min manat pul oğurlanıb.
Bu barədə polisə məlumat verilib və əməliyyat qrupu yaradılıb.
Hadisəni törədənlərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.