Azərbaycan, Bakı, 31 may /Trend, müxbir K.Zərbalıyeva/
Mingəçevirdə 16 yaşlı yeniyetmə kanalda çimərkən batıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Fərid Mürsəl oğlu Sadıqov Mingəçevir şəhəri ərazisində Yuxarı Qarabağ kanalında (Mingəçevir sularda xilasetmə məntəqəsindən 15 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıblar.