...

Azərbaycanda 3 tonadək çətənə kolu məhv edilib, külli miqdarda marixuana aşkar olunub

Hadisə Materials 9 İyun 2012 12:48 (UTC +04:00)
Gəncə şəhərində 3 tonadək çətənə kolu məhv edilib.
Azərbaycanda 3 tonadək çətənə kolu məhv edilib, külli miqdarda marixuana aşkar olunub

Azərbaycan, Bakı, 9 iyun / Trend müxbir M.Əliyev/

Gəncə şəhərində 3 tonadək çətənə kolu məhv edilib.

Trend-in məlumatına görə, Daxili İşlər Nazirliyindən şənbə günü bildirilib ki, şəhərin Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisindən yabanı halda bitmiş ümumi çəkisi 2 ton 700 kiloqram olan 3 480 ədəd çətənə kolu yığılaraq məhv edilib.

Nazirliyin məlumatında həmçinin bildirilir ki, ötən gün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elməddin Qurbanovdan 14,03 kiloqram marixuana götürülüb.

Digər əməliyyat zamanı Kürdəmir rayon sakini Mətləb Məmmədovdan narkotik vasitələr götürülüb.

Kürdəmir RPŞ əməkdaşları tərəfindən rayon sakini Mətləb Məmmədovun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş ümumi çəkisi 15 kiloqram 805 qram olan 117 ədəd çətənə kolu, evindən isə 510 qram marixuana aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti