...

Bakıda qaz sayğacı dəyişdirilərkən partlayış baş verib, xəsarət alanlar var

Hadisə Materials 21 İyun 2012 12:25 (UTC +04:00)
Nəticədə dağıntı olmayıb, yanıq xəsarəti almış hər iki usta xəstəxanaya yerləşdiriliblər.
Bakıda qaz sayğacı dəyişdirilərkən partlayış baş verib, xəsarət alanlar var

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda qaz sayğacı dəyişdirilərkən partlayış baş verib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 20-də saat 10:00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində, "Azsantexplast" şirkətində işləyənlər Göyçay rayon sakinləri Rəşad Quliyev və Elnur Nuriyev qaz sayğacını dəyişən zaman ani partlayış baş verib.

Nəticədə dağıntı olmayıb, yanıq xəsarəti almış hər iki usta xəstəxanaya yerləşdiriliblər.

Xəbər lenti

Xəbər lenti