...

Azərbaycanda yol qəzalarında iki azyaşlı ölüb

Hadisə Materials 23 İyun 2012 13:13 (UTC +04:00)
Trend DİN-in rəsmi saytına istinadən məlumat verir ki, iyunun 22-də saat 21:00 radələrində Suraxanı rayonu ərazisində Bakı şəhər sakini Zamik Atayev "Toyota" markalı avtomaşını idarə edərkən yolu keçən 6 yaşlı Aygün Vəliyevanı və 4 yaşlı Zəhra Əliyevanı vurub.
Azərbaycanda yol qəzalarında iki azyaşlı ölüb

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Azərbaycanda yol qəzalarında iki azyaşlı ölüb.

Trend DİN-in rəsmi saytına istinadən məlumat verir ki, iyunun 22-də saat 21:00 radələrində Suraxanı rayonu ərazisində Bakı şəhər sakini Zamik Atayev "Toyota" markalı avtomaşını idarə edərkən yolu keçən 6 yaşlı Aygün Vəliyevanı və 4 yaşlı Zəhra Əliyevanı vurub.

Nəticədə xəsarət almış hər iki azyaşlı xəstəxanaya yerləşdiriliblər. Zəhra orada ölüb, Aygünün vəziyyəti isə orta-ağırdır.

İyunun 22-də saat 21:00 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakini Roman Əliyev "VAZ-2104" markalı avtomaşını idarə edərkən 4 yaşlı Ayan Şəmsiyevanı vurub. Nəticədə uşaq hadisə yerində ölüb.

Xəbər lenti

Xəbər lenti