...

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub, 23 nəfər təxliyə edilib

Hadisə Materials 1 İyul 2012 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Bakının Binəqədi rayonunda bu gecə doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda tikintisi başa çatmamış doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşlara məxsus ümumi sahəsi 43 kv.m olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 10 kv.m sahədə, eyvanın taxta konstruksiyaları və ev əşyaları 7 kv.m sahədə, 7-ci mərtəbədə ümumi sahəsi 55 kv.m olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 6 kv.m sahədə, eyvanın taxta konstruksiyaları və ev əşyaları 7 kv.m sahədə yanmışdır.

Yanğın zamanı yuxarı mərtəbələrdən 23 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunmuşdur. Yanğından mənzillərin qalan hissəsi və qonşu mənzillər mühafizə olunmuşdur.

Yanğın saat 05:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti