...

Bakının mərkəzi prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 3 İyul 2012 20:44 (UTC +04:00)
Bu gün axşam saatlarında Bakının Heydər Əliyev prospektində "VAZ 2107", BMW cip və "BMW Sedan" markalı avtomobillərin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Trend-in hadisə yerində olan əməkdaşı bildirib.
Bakının mərkəzi prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Bu gün axşam saatlarında Bakının Heydər Əliyev prospektində "VAZ 2107", BMW cip və "BMW Sedan" markalı avtomobillərin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Trend-in hadisə yerində olan əməkdaşı məlumat verir.

İlkin məlumata görə, qəza nəticəsində "BMW Sedan" markalı avtomobil iki dirəyə çırpılıb. Dirəklərdən bir yolun qarşı tərəfində hərəkət edən "VAZ 2107" markalı avtomobilin üzərinə düşüb.

Hər üç avtomobil ciddi zədə alıb, lakin ən çox "VAZ 2107" və "BMW Sedan" markalı avtomobillər əzilib.

Qəza səbəbindən hazırda prospektdə böyük tıxac yaranıb.

Hadisə yerinə Bakı yol polisi və təcili yardım əməkdaşları gəliblər.

Xəbər lenti

Xəbər lenti