...

Azərbaycan Rusiyanın daşqından zərər çəkən bölgəsinə humanitar yardım göndərib

Hadisə Materials 8 İyul 2012 23:04 (UTC +04:00)
Azərbaycan Rusiyanın daşqından zərər çəkən Krasnodar diyarına humanitar yardım göndərib.
Azərbaycan Rusiyanın daşqından zərər çəkən bölgəsinə humanitar yardım göndərib

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Azərbaycan Rusiyanın daşqından zərər çəkən Krasnodar diyarına humanitar yardım göndərib.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə 22 yük maşından ibarət FHN-in humanitar yardım karvanı bazar günü Rusiyaya yola salınıb.

Humanitar yardıma içməli su, şirələr və digər zəruri ərzaq məhsulları daxildir. Karvanı 38 nəfərlik şəxsi heyət müşayiət edir.

Mətbuat xidmətindən həmçinin bildirilib ki, humanitar yardımın daşqın zonasına sabah çatacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti