...

Krasnodarda daşqın nəticəsində 24 min adam zərər çəkib, 171 nəfər həlak olub

Hadisə Materials 9 İyul 2012 01:02 (UTC +04:00)
Rusiyanın Krasnodar diyarının Krım rayonunda daşqın nəticəsində 24 min adam zərər çəkib. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə diyarın qubernatoru Aleksandr Tkaçov bildirib.
Krasnodarda daşqın nəticəsində 24 min adam zərər çəkib, 171 nəfər həlak olub

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Rusiyanın Krasnodar diyarının Krım rayonunda daşqın nəticəsində 24 min adam zərər çəkib. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə diyarın qubernatoru Aleksandr Tkaçov bildirib.

Rusiya DİN-i yanında operativ qərargahın məlumatına görə, təbii fəlakət nəticəsində 171 nəfər, o cümlədən Krımsk rayonunda 159 nəfər, Gelencik şəhərində 10 nəfər, Novorossiysk şəhərində isə iki nəfər həlak olub.

Hadisə yerinə Rusiya Prezidenti Vladimir Putin baş çəkib. O, daşqından zərər çəkmiş regionda xüsusi müşavirə keçirib.

İyulun 9-u Krasnodar diyarında matəm günü elan olunub.

İyulun 7-ə keçən gecə Krasnodar diyarında daşqın nəticəsində 5 mindən çox yaşayış evini su basıb. Rəsmi məlumata görə, daşqına səbəb leysan yağışları olub.

Xəbər lenti

Xəbər lenti