...

Azərbaycan Ordusunda təlim zamanı bir əsgər ölüb, biri yaralanıb

Hadisə Materials 13 İyul 2012 11:14 (UTC +04:00)
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində təlim zamanı bir əsgər ölüb, biri yaralanıb.
Azərbaycan Ordusunda təlim zamanı bir əsgər ölüb, biri yaralanıb

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində təlim zamanı bir əsgər ölüb, biri yaralanıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu Trend-ə bildirib ki, Bakı Hərbi Birləşməsinin N saylı hərbi hissəsində təlim atəşi zamanı əsgər Sahil Nağıyevin təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində Əkbər Nəsirov həlak olub, əsgər Surət Məmmədov isə yaralanıb.

Yaralı əsgər hospitala yerləşdirilib.

Həlak olan əsgər Nəsirov Neftçala rayonundan hərbi xidmətə çağırılmışdı.

Xəbər lenti

Xəbər lenti