Azərbaycan, Bakı, 19 iyul / Trend müxbir K.Zərbalıyeva/
Abşeron rayonunda özünü yandıran qadın ölüb.
Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Masazır qəsəbə sakini Sevda Babayeva özünə məxsus bağ evində özünü yandırıb.
O yanıq xəsarətləri ilə 5 saylı Kliniki Xəstəxanaya yerləşdirilib.
Babayeva aldığı xəsarətdən xəstəxanada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.