...

Bakıda gənc oğlanı qətlə yetirən şəxs saxlanılıb

Hadisə Materials 23 İyul 2012 10:29 (UTC +04:00)
Bakı şəhərinin Sabunçu rayonu ərazisində həftəsonu bıçaqlanma hadisəsi nəticəsində bir nəfər həlak olub.
Bakıda gənc oğlanı qətlə yetirən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 23 iyul /Trend müxbir M.Əliyev/

Bakı şəhərinin Sabunçu rayonu ərazisində həftəsonu bıçaqlanma hadisəsi nəticəsində bir nəfər həlak olub.

Sabunçu rayon prokurorluğundan bazar ertəsi Trend-ə bildirilib ki, rayonun Balaxanı qəsəbəsində 1991-ci il təvəllüdlü Vüqar Əliyev bıçaqlanaraq öldürülüb. Rayon prokurorluğu və polis işçiləri tərəfindən həyata keçirilən əməliyyat axtarışları nəticəsində hadisəni törədən 1960-cı il təvəllüdlü Səttar Nurəliyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti