...

Goranboyda minik avtomobili traktora çırpılıb: ölən və xəsarət alan var

Hadisə Materials 27 İyul 2012 13:18 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 26-da saat 06:00 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində, Astara rayon sakini Rakif Dadaşov "VAZ-21074" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Yevlax rayon sakini Məşdi Süleymanovun idarə etdiyi "T-80" markalı traktorun qoşqusuna vurub.
Goranboyda minik avtomobili traktora çırpılıb: ölən və xəsarət alan var

Azərbaycan, Bakı, 27 iyul /Trend müxbir K.Zərbalıyeva/

Goranboyda minik avtomobili traktora çırpılıb, bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 26-da saat 06:00 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində, Astara rayon sakini Rakif Dadaşov "VAZ-21074" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Yevlax rayon sakini Məşdi Süleymanovun idarə etdiyi "T-80" markalı traktorun qoşqusuna vurub.

Nəticədə Dadaşovun sərnişinlərindən Mirzərəhim Əliyev hadisə yerində ölüb, xəsarət almış digər sərnişini isə xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir

Xəbər lenti

Xəbər lenti