Azərbaycan, Bakı, 8 avqust /Trend müxbir K.Zərbalıyeva/
"Topaz" mərc oyunları klubundan pul oğurlamış şəxs tutulub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 6-da Səbinə Nəbiyevaya məxsus "Topaz" mərc oyunları klubundan 8000 manat pul oğurlanıb.
Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş Bakı şəhər sakini Taleh Kərimov tutulub.