...

FHN Masallıda yanacaqdoldurma stansiyasında baş verən yanğınla bağlı məlumat yayıb

Hadisə Materials 14 Avqust 2012 14:29 (UTC +04:00)
Masallıda yanacaqdoldurma stansiyasında yanğın olub.
FHN Masallıda yanacaqdoldurma stansiyasında baş verən yanğınla bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir E.Mehdiyev/

Masallıda yanacaqdoldurma stansiyasında yanğın olub.

Trend FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Masallı rayonu, Seybətin kəndində "Doğuş Petrol" MMC-yə məxsus yanacaqdoldurma stansiyasının ərazisində "KAMAZ" markalı yanacaqdaşıyan avtomobil içərisində olan təxminən 32 ton yanacağı (A-92 markalı benzin) yeraltı çənə boşaldan zaman yanğın olub.

Nəticədə 4 ton yanacaq yanıb. Xəsarət alan olmayıb. Yanacağın qalan hissəsi və stansiyanın ərazisində olan yeraltı yanacaq çənləri yanğından mühafizə olunub. Yanğın saat 11:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti