...

Bakıda xəstəxanada müalicə alan xəstə intihar edib

Hadisə Materials 23 Avqust 2012 10:12 (UTC +04:00)
Bakıda Kliniki Tibbi Mərkəzdə müalicə alan xəstə özünü 5-ci mərtəbədən ataraq intihar edib.
Bakıda xəstəxanada müalicə alan xəstə intihar edib

Azərbaycan, Bakı, 23 avqust /Trend müxbir K.Zərbalıyeva/

Bakıda Kliniki Tibbi Mərkəzdə müalicə alan xəstə özünü 5-ci mərtəbədən ataraq intihar edib.

Nəsimi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, 36 yaşlı Rafiq Əbdürrəhmanov xəstəxananın 4-cü korpusunun 5-ci mərtəbəsindən özünü atıb.

O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Məlumata görə, o, mədə-bağırsaq qanaxmasından müalicə olunurdu.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti