...

Daxili İşlər Nazirliyi sahə müvəkkilinin qətli ilə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 31 Avqust 2012 12:58 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Sabirabadda sahə müvəkkilinin qətli ilə bağlı rəsmi məlumat yayıb.
Daxili İşlər Nazirliyi sahə müvəkkilinin qətli ilə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyi Sabirabadda sahə müvəkkilinin qətli ilə bağlı rəsmi məlumat yayıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 31-də saat 03:00 radələrində Sabirabad rayonunun Xankeçən kəndi ərazisində, kənd sakinləri Gülhüseyn Abıyevlə Azad Zeynalov arasında münaqişə baş verib.

Qaragünə polis bölməsinin sahə rəisi, polis baş leytenantı Eldəniz Quliyev baş verə biləcək ağır cinayətin qarşısını almaq və vətəndaşların həyatını xilas etmək məqsədilə təcili olaraq hadisə yerinə gəlib.

Polis zabiti münaqişə tərəflərindən intizama riayət etmələrini və qanunsuz hərəkətlərinə son qoymalarını tələb edib. Polisin qanuni tələbinə məhəl qoymayan Abıyev ov tüfəngindən atəş açaraq onu və Zeynalovu qətlə yetirib, hadisə yerindən qaçıb.

Sabirabad rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abıyev tutulub. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti