...

Bakıda məhbus ölüb

Hadisə Materials 13 Sentyabr 2012 10:03 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsində müalicə alan məhkum dünyasını dəyişib.
Bakıda məhbus ölüb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsində müalicə alan məhkum dünyasını dəyişib.

Nizami rayon prokurorluğundan cümə axşamı Trend-ə bildirilib ki, xroniki böyrək çatışmazlığından müalicə alan 1952-ci il təvəllüdlü Əvəz İsgəndər oğlu Ağayev müəsissədə ölüb.

Ağayev avqustun 7-də 1 saylı cəzaçəkmə müəssisəsində müalicə müəssisəsinə daxil olumuşdu. O, Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə (234.4.3) maddəsi ilə məhkum olunmuşdu.

Xəbər lenti

Xəbər lenti