...

Türkiyədə bir neçə terrorçu qadın saxlanılıb

Hadisə Materials 27 Sentyabr 2012 15:10 (UTC +04:00)
Türkiyənin Ağrı vilayətində hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat zamanı Tendürək kəndində içərisində üç terrorçunun olduğu avtomobil saxlanılıb.
Türkiyədə bir neçə terrorçu qadın saxlanılıb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Ağrı vilayətində hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat zamanı Tendürək kəndində içərisində üç terrorçunun olduğu avtomobil saxlanılıb. Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verir.

Ağrı qubernatorunun administrasiyasının məlumatına görə, ikisi qadın olan terrorçular Kürd Fəhlə Partiyasının (PKK) üzvləridir.

Onlardan başqa, terrorçulara kömək etməkdə şübhəli bilinən daha dörd nəfər də saxlanılıb.

Təhlükəsiuzlik qüvvələri PKK yaraqlılarına məxsus bir qumbaraatan və çoxlu sayda döyüş sursatı ələ keçiriblər.

Xəbər lenti

Xəbər lenti