...

Bakıda sərnişin avtobusu ağır yol qəzası törədib

Hadisə Materials 24 Oktyabr 2012 23:27 (UTC +04:00)
Bakıda sərnişin avtobusu ağır yol qəzası törədib
Bakıda sərnişin avtobusu ağır yol qəzası törədib

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Bakıda axşam saatlarında Bakının Yasamal rayonu ərazisində, sərnişin avtobusu yanıb.

Şahidlərin Trend-ə verdiyi məlumata görə, buna səbəb sərn avtobusunun idarəetməni itirərək ətrafdakı maneəyə çırpılması olub.

Qəza Xarici Dairəvi yolda, Biləcəri istiqamətində baş verib.

Şahidlərin məlumatına görə, avtobusda yanğın baş verib. Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Yasamal RPİ-də Trend-ə faktı təsdiqləyiblər. Ölən və yaralananların sayı barədə rəsmi məlumat yoxdur.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası və təcili yardım maşınları cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti