Azərbaycan, Bakı, 8 noyabr /Trend/
Ermənistanın Armavir vilayətində Sibir xorasına yoluxma faktı qeydə alınıb. Bu barədə Trend cümə axşamı Ermənistan KİV-ə istinadən məlumat verir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Qida məhsullarının təhülükəsizliyi üzrə Dövlət Xidmətinin mətbuat katibi Babken Pipoyan deyib ki, Sibir xorasına yoluxan heyvan noyabrın 3-də ölüb, həmin heyvanın xəstə olması bugünkü laboratoriya araşdırmaları nəticəsində məlum olub.
Xatırladaq ki, daha əvvələr Sibir xorasına yoluxma faktları Qeqarkunik və Tavuşda qeydə alınıb.