...

Bakıda axtarışda olan Gürcüstan vətəndaşı saxlanılıb

Hadisə Materials 14 Noyabr 2012 12:52 (UTC +04:00)
Onun ekstradisiyası üçün tədbirlər görülür.
Bakıda axtarışda olan Gürcüstan vətəndaşı saxlanılıb

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda axtarışda olan Gürcüstan vətəndaşı saxlanılıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tbilisi şəhər Daxili İşlər Şöbəsi tərəfindən Gürcüstan Cinayət Məcəlləsinin 182-ci (vergidən yayınma) və 218-ci (iqtisadi sahədə cinayətkarlıq) maddələri ilə axtarışda olan Gürcüstan vətəndaşı Akaki Qorqiaşvili tutulub.

Onun ekstradisiyası üçün tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti