...

FHN Gənc Tamaşaçılar Teatrında partlayıcı qurğu olması barədə məlumat yayıb

Hadisə Materials 29 Noyabr 2012 18:45 (UTC +04:00)
Bakı şəhəri, Səbail rayonunda yerləşən Gənc Tamaşaçılar Teatrının binasında partlayıcı qurğu olması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
FHN Gənc Tamaşaçılar Teatrında partlayıcı qurğu olması barədə məlumat yayıb

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Bakı şəhəri, Səbail rayonunda yerləşən Gənc Tamaşaçılar Teatrının binasında partlayıcı qurğu olması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri gördükdən sonra nazirliyin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə binada və ətrafında axtarışlar aparıb.

Axtarışlar nəticəsində partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti