Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir A.Tağıyeva/
İstanbulun Atatürk hava limanında pasport yoxlanışı proseduru zamanı yaranan texniki problemlərlə əlaqədar bəzi sərnişinlər aviareyslərə çata bilməyiblər. Bu barədə Trend çərşənbə axşamı Türkiyə KİV-ə istinadən məlumat verir.
Məlumata görə, sərnişinlər saat 18:00-dan etibarən gecədən xeyli keçənədək öz növbələrini gözləməli olublar.
Texniki problemlərə səbəb ölkənin Baş təhlükəsizlik idarəsinin informasiya bürosunun qeyri-kafi işi olub.