...

Bakıda ruhi xəstə valideynlərini bıçaqlayıb, evi yandırıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 21 Dekabr 2012 16:32 (UTC +04:00)
Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 40, mənzil 94-də yaşayan 1938-ci il təvəllüdlü Nəriman Mirzəyev və 1941-ci il təvəllüdlü Tərlan Mirzəyeva oğlanları - 1971-ci il təvəllüdlü Aqil Mirzəyev tərədindən hücuma məruz qalıb.
Bakıda ruhi xəstə valideynlərini bıçaqlayıb, evi yandırıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda ruhi xəstə valideynlərini bıçaqlayıb, evi yandırıb.

Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 40, mənzil 94-də yaşayan 1938-ci il təvəllüdlü Nəriman Mirzəyev və 1941-ci il təvəllüdlü Tərlan Mirzəyeva oğlanları - 1971-ci il təvəllüdlü Aqil Mirzəyev tərəfindən hücuma məruz qalıb. Ruhi xəstə olan oğul valideylərinə boğaz və baş nahiyələrindən bıçaqla xəsarət yetirib. Sonra isə evi yandıraraq qaçıb. Valideynlər ağır xəsarət alıblar.

Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun ruhi əsəb dispanserində qeydiyyatda olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti