...

İsmayıllıda minik maşını yol kənarına düşüb, bir nəfər xəsarət alıb

Hadisə Materials 26 Dekabr 2012 09:45 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İsmayıllı rayonunda vətəndaşa məxsus "Opel" markalı minik avtomobili yolun kənarına düşüb.
İsmayıllıda minik maşını yol kənarına düşüb, bir nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

İsmayıllıda minik maşını yol kənarına düşüb, bir nəfər xəsarət alıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İsmayıllı rayonunda vətəndaşa məxsus "Opel" markalı minik avtomobili yolun kənarına düşüb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobildə 1 nəfər sərnişin sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verib, habelə, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti