...

Cəlilabadda aptekdə psixotrop dərman preparatlarını qanunsuz satışı aşkarlanıb

Hadisə Materials 18 Yanvar 2013 14:33 (UTC +04:00)
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhərində yaşayan Qabil Qasımovun özünə məxsus aptekdə psixotrop maddələr siyahısına aid olan dərman preparatlarını qanunsuz olaraq satması müəyyən edilib.
Cəlilabadda aptekdə psixotrop dərman preparatlarını qanunsuz satışı aşkarlanıb

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir E.Mehdiyev/

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhərində yaşayan Qabil Qasımovun özünə məxsus aptekdə psixotrop maddələr siyahısına aid olan dərman preparatlarını qanunsuz olaraq satması müəyyən edilib.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, aptekə baxış zamanı psixotrop maddələr qrupuna aid olan 345 həb "Klonozepam", 10 ampula "Diazepam", 15 həb "Fenobarbital" 78 kapsul "Opidol", 100 həb "Fenozepam", 75 həb "Gluferal", 40 həb "Belotaminal", 66 həb "Tramadol", vərəm əleyhinə 1-ci qrup dərman pereparatlarına aid olan, dövriyyəsi qadağan edilmiş 60 kapsul "Rifamipsin", 40 həb "İzoneazit", 60 həb "Pirazenamit", İran İslam Respublikasından gətirilmiş, mənşəyi məlum olmayan 400 həb "Dimendiront", 149 kapsul "Preqabalin", 20 həb "Baclofen" və 98 həb "Modektin", 400 qram "Kaliy-Permanqanat" və 30 bükümdə "Lyuminal" dərman preparatları aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti