...

Azərbaycanda dəm qazından 2 nəfər ölüb, 6 nəfər xəstəxanaya yerləşdirilib

Hadisə Materials 21 Yanvar 2013 13:34 (UTC +04:00)
Ötən gün Azərbaycanda dəm qazından zəhərlənərək 2 nəfər ölüb, 6 nəfər xəstəxanaya yerləşdirilib.
Azərbaycanda dəm qazından 2 nəfər ölüb, 6 nəfər xəstəxanaya yerləşdirilib

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İzzət /

Ötən gün Azərbaycanda dəm qazından zəhərlənərək 2 nəfər ölüb, 6 nəfər xəstəxanaya yerləşdirilib.

Trend-in Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanvarın 20-də Binəqədi rayonunda yaşayan Mehriban Əjdərova evində dəm qazından zəhərlənərək ölüb.

Daha bir ölüm hadisəsi isə Qusar rayonunda qeydə alınıb. Qusar rayon sakini Nəzər Sadirov evində dəm qazından zəhərlənərək ölüb.

Veriən məlumata görə, 6 nəfər də dəm qazından zəhərlənmə ilə Sumqayıt şəhər sakinləri Qəndab Muradova, İlhamə Allahverdiyeva və qızı Aytac, Abşeron rayon sakinləri Jalə Hüseynova, 2 yaşlı Okan Bağırov və Kəpəz rayon sakini Tərlan Məmmədova xəstəxanalara gətiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti