...

Bakıda yanacaq daşıyan yük maşını partlayıb, sürücü ölüb (ƏLAVƏ OLUNUB-3) (FOTO)

Hadisə Materials 26 Yanvar 2013 13:27 (UTC +04:00)
Bakının Səbail rayonu ərazisində Bibiheybət məscidindən "Sədərək" Ticarət Mərkəzinə gedən yolda yanacaq daşıyan yük maşını partlayıb.
Bakıda yanacaq daşıyan yük maşını partlayıb, sürücü ölüb (ƏLAVƏ OLUNUB-3) (FOTO)

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İ.İzzət/

Bakının Səbail rayonu ərazisində Bibiheybət məscidindən "Sədərək" Ticarət Mərkəzinə gedən yolda yanacaq daşıyan yük maşını partlayıb.

Şahidlərin Trend-ə verdiyi məlumata görə, güclü partlayışdan sonra dəhşətli yanğın baş verib.

Hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın yollanıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub.

Stansiyadan daha sonra Trend-ə bildiriblər ki, hadisə zamanı iki nəfər xəsarət alıb. Onların xəsarət dərəcələri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, yanğın söndürülüb.

Səbail rayon Polis İdarəsindən isə Trend-ə bildiriblər ki, partlayışla nəticələnən yanğın zamanı yük maşınının sürücüsü ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti