Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İzzət/
Xətai rayonunda şirkət tərəfindən inşa edilən hündürmütərəbəli binadan bir nəfər yıxılaraq ölüb.
Xətai rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, yanvarın 4-də saat 16:00 radələrində Xətai rayounu Telnov küçəsi 23, 47/48-ci məhəllədə "Şaiq" MTK tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindən 1977-ci il təvəllüdlü Babayev Nizami Əlihüseyn oğlu yıxılaraq yerə düşüb. Babayev aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
Faktla bağlı AR Cinayət Məcəlləsinin 222.3-cü maddəsi(Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) ilə cinayət işi başlanıb.