...

Bakıda avtomobil üç nəfəri vurdu, 5 yaşlı körpə və xalası öldü

Hadisə Materials 13 Fevral 2013 10:22 (UTC +04:00)
Bakıda metronun qarşısında 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıda avtomobil üç nəfəri vurdu, 5 yaşlı körpə və xalası öldü

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İzzət/

Bakıda metronun qarşısında 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakının Nizami Rayon Polis İdarəsindən Trend-ə verilən xəbərə görə, dünən axşam 19:30 radələrində Nizami rayonu metronun "Koroğlu" stansiyasının qarşısında şəhərin mərkəzi istiqamətində hərəkətdə olan 1989-cu il təvəllüdlü Məmmədov Fuad İlham oğlu idarə etdiyi "Mersedes-180" markalı avtomaşınla yolu soldan sağa keçən piyadalar - 1986-cı il təvəllüdlü Cavadova Gülxar Ələmdar qızı, bacısı 1993-cü təvəllüdlü Cavadova Ramilə Ələmdar qızı və onun övladı 2008-ci il təvəllüdlü Məmmədova Gülçin Teymur qızını vurub.

Nəticədə Gülxar Cavadova hadisə yerində ölüb, Cavadova Ramilə və Məmmədova Gülçin isə ağır bədən xəsarətləri ilə Sabunçu rayon 3 saylı xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, 5 yaşlı körpənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlansa da, sonra 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti